Medvedev: Ukrayna kilsəsi İsa Məsihə qarşı çıxır və yalnız “pula tapınır”

02/12/2022 - 20:54

Ukrayna hakimiyyəti kilsəni satanistlərin   məkanına  çevirir.

Qafqaz.media xəbər verir ki, Bu barədə Dmitri Medvedev özünün Telegram kanalında yazıb.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini həmçinin bildirib ki, Kiyev rejimi pravoslav inancına qarşı çıxmaq üçün əlindən gələni edib.

Kiyev satanistləri kanonik Ukrayna Pravoslav Kilsəsinə əl uzadıblar. Rus dünyası ilə əlaqələr axtarır. Kilsə əmlakını qarət edirlər. Din xadimləri və dindarlar döyülür”,- deyə Medvedev yazıb.  

Medvedevin sözlərinə görə, Ukraynada kilsəyə qarşı təqiblər hələ Pyotr Poroşenkonun prezidentliyi dövründə başlayıb.

Medvedev vurğulayıb ki, "Ukraynanın hazırkı hakimiyyəti açıq şəkildə İsa Məsih və pravoslav inancı ilə ədavət aparır. Bütün xristian dünyası onlarla məhz xristianlığın düşmənləri kimi davrnmalıdır. "

Xatırladaq ki, dekabrın 2-də Ukrayna prezidenti Vladimir Zelenski Rusiyayönlü dini qurumlara qarşı bir sıra məhdudlaşdırıcı tədbirləri nəzərdə tutan fərman imzalayıb.Bundan dərhal sonra Ukrayna hakimiyyəti Ukrayna Pravoslav Kilsəsi metropoliyasının  vikarisinə  dini ədavət və nifrətin qızışdırılması, vətəndaşların dini etiqadları ilə bağlı hisslərinin təhqir edilməsi maddəsi ilə ittiham irəli sürüb. Ukrayna Təhlükəsizlik Xidməti həmçinin Ukrayna Pravoslav Kilsəsinin Kirovoqrad yeparxiyasının mitropoliti İoasafı (Quben)  də təxribat fəaliyyətində ittiham edib.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33