Mehriban Əliyeva Qaşım Maqomedovu təbrik etdi

08/08/2024 - 10:13

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedovla bağlı paylaşım edib. Publika.az xəbər verir ki, paylaşımda qeyd edilib: "Paris Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedovu səmimi-qəlbdən təbrik edirəm! Gərgin əməyinə, yenilməz iradəsinə və qələbə əzminə görə idmançımıza təşəkkür edir, ona möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram!".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33