Metroda vətəndaşdan telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

06/08/2024 - 11:49

Metropolitendə Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə metronun “20 Yanvar” stansiyasında paytaxt sakininin 350 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər də oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 1995-ci il təvəllüdlü Güldanə Məmmədova saxlanılıb. DİN-nin mətbuat xidmətindən APA-ya bildirilib ki, araşdırmalarla onun iyulun 18-də paytaxtın Nizami rayonu ərazisində 3500 manat dəyərində mobil telefon oğurlaması da müəyyən olunub.

    Araşdırma aparılır.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ