Metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb - FOTO

06/08/2024 - 14:05

Nizami rayonu, Heydər Əliyev prospektində texniki nasaz nəqliyyat vasitəsində tüstülənmə olub. Bu barədə APA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. "Bu səbəbdən hazırda metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları yol polisinə məlumat veriblər. Sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür", - deyə məlumatda qeyd edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ