MİLLİ MƏCLİSİN RƏHBƏRLİYİ “YAŞLANIB”... – Parlamentin sədarətinə seçilənlərin neçə yaşı var?

24/09/2024 - 10:52

Dünən 1 sentybarda keçirilmiş növbədənkənar seçkilərlə formalaşmış VII çağırş Milli Məclisin rəhəbərliyi formalaşıb. “AzPolitika” xəbər verir ki, spiker Sahibə Qafqarova postunu qorusa da müavinləri yeni şəxslərdir, habelə parlament rəhbərliyində daha bir sədr müavini vəzifəsi yaradılıb. Beləliklə, Yeni Azərbaycan Partiyası parlament sədrinin birinci müavini posuta Əli Əhmədovun, müavin vəifəsinə isə Ziyafət Əsgərovun namizədliyini irəli sürüb. Parlament müxalifətindən VHP üzvü Rəfael Hüseynov, bitərəflərin nümayəndəsi kimi Musa Qasımlı sədarətə qalxıb. Milli Məclisə rəhbərlik edəcək heyət kifayət qədər parlament təcrübəsinə malikdirlər. Belə ki, spiker Sahibə Qafaqrova 4, birinci vitse-spiker Əli Əhmədov 4, Rəfail Hüseynov 6, Ziyafət Əsgərov 5, Musa Qasımlı isə 4-cü dəfə Milli Məclisin üzvü seçiliblər. Onların arasında yaşca ən kiçik Ziyafət Əsgərovdur, onun 61 yaşı var. Musa Qasımlı 67, Rəfail Hüseynov 70, Əli Əhmədov 71, Sahibə Qafqarova isə 69 yaşındadır. Beləliklə, VI-cı çağırış parlamentin sadərəti ilə müqaysidə yeni rəhbərlik bir qədər “yaşlanıb”.

“AzPolitika.info”   

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ