Mingəçevirdə şadlıq sarayı yandı - FOTO

15/07/2024 - 11:34

Mingəçevirdə şadlıq sarayında yanğın hadisəsi baş verib. Modern.az xəbər verir ki, yanğın şəhərdə fəaliyyət göstərən "Günel" şadlıq sarayında qeydə alınıb. Yanğının söndürülməsi üçün ərazuyə FHN-nin 4 yanğınsöndürmə avtomobili şəxsi heyyəti ilə birlikdə cəlb olunub. Baş verən yanğın hadisəsi restoranın mətbəx hissəsində baş verib və mətbəxdəki əşyalar yanaraq külə dönüb.Yanğın yanğınsöndürən əməkdaşları tərəfindən söndürülərək ətraf əraziyə yayılmasının qarşısı alınıb. Faktla bağlı araşdırma başlanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ