Moskvanın mərkəzində atışma: bir nəfər yaralandı
27/11/2024 - 22:47
Moskvanın mərkəzində, Bolşaya Nikitskaya küçəsində naməlum şəxs münaqişədən sonra atəş açmağa başlayıb. Bakupost.az TASS-a istinadla xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat verib. Bildirilir ki, atışmada bir nəfər yaralanıb. Hazırda insidentin olduğu ərazi mühasirəyə alınıb, polis araşdırma aparır.