NATO-nun Baş Qərargah rəisləri Praqada görüşəcək

14/09/2024 - 09:21

Bu gün Praqada NATO Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində iclas keçiriləcək“Report” xəbər verir ki, bu barədə təşkilatın Brüsseldəki qərargahının mətbuat xidməti məlumat yayıb.  NATO sərkərdələri alyansda hərbi-strateji inkişafı müzakirə edəcəklər. Görüşün açılışında Çexiya Prezidenti Petr Pavel də iştirak edəcək. Birinci sessiyada görüş iştirakçıları NATO ölkələrinin dövlət və hökumət başçılarının 2024-cü ilin iyulunda Vaşinqtonda keçirilən sammitdə qəbul etdikləri qərarların icrasını nəzərdən keçirəcəklər. İkinci iclasda NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Kristofer Kavoli Baş Qərargah rəislərinə çəkindirmə və müdafiə planlarının icrası barədə məlumat verəcək. Bu sessiyada NATO-nun Ukrayna üçün təhlükəsizlik və təlim Komandanlığının (NSATU) yaradılması müzakirə ediləcək. Üçüncü iclasda NATO-nun transformasiya üzrə Ali Baş Komandanı general Filip Lavin alyansın Müdafiə planlaşdırma prosesinə (NDPP) uyğun olaraq qurumun döyüş əməliyyatlarının aparılmasının transformasiyası barədə məlumat verəcək. Digər mövzular arasında Baş Qərargah rəisləri NATO-Ukrayna birgə analiz, təlim və Təhsil Mərkəzinin (JATEC) işə başlamasını müzakirə edəcəklər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hazırda Tbilisi... - Video
25/11/2024 - 10:24
Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30