Nəsib Quliyev intihar etdi

24/04/2024 - 15:15

Respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev intihar edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə aprelin 24-də, mərhumun Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə qeydə alınıb. 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Qeyd edək ki, Nəsib Quliyev 2020-ci ildə yaş həddi ilə əlaqədar vəzifədən azad edilmişdi.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53
Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55