"OĞLUNA SAHİB ÇIX, ÖZÜNƏ BAŞQA VALİDEYNLƏR AXTARIR" - Ərdoğan Kılıçdaroğluna səsləndi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının (AKP) bu gün keçirilən qrup toplantısında Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə bağlı "O, CHP-nin oğlu olduğu qədər mənim də oğlumdur" açıqlamasına cavab verib.
Ərdoğan Kılıçdaroğlunun İmamoğlu ilə bağlı dediklərinə yönəlik "CHP başqanı dünən bildirib ki, "biz ata-oğul kimiyik". Bunları eşitdikdə biz də içimizdən "Bay Kamal, oğluna sahib çıx. O, özünə başqa valideynlər axtarmaqla məşğuldur" deməyə bilməzdik. Zarafat bir yana, 6-lı masanın nə etdiyi, hansı oyunu oynaması bizi maraqlandırmır. Biz öz işimizlə məşğul olacağıq", - deyə qeyd edib./hurriyyet.az