Özləri qardaş idilər: Şəhərləri də qardaşlaşır
Ermənistanın Gorus şəhəri ilə İranın Kaşan şəhəri tezliklə qardaşlaşacaq. Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə Gorus şəhərinin meri Aruş Aruşanyan məlumat verib. Onun sözlərinə görə, artıq İranın baş konsulu ilə ilkin razılaşmalar əldə olunub, əməkdaşlığın qurulması istiqamətində əməli addımlar atılıb. Aruşanyan vurğulayıb ki, Kaşanla tərəfdaşlıq erməni və İran xalqları arasında əlaqələrin möhkəmləndirilməsi üçün yeni imkanlar açacaq. O, buna misal olaraq Gorusun Fransanın Vyana şəhəri ilə uğurlu tərəfdaşlığını göstərib ki, bu da erməni şəhərini fransız turistlər arasında populyar edib. "Ümid edirik ki, Kaşanla belə əməkdaşlıq İrandan daha çox qonaq cəlb edəcək", - mer əlavə edib. Aruşanyan onu da qeyd edib ki, Sünikdə keçirilən erməni-iran festivalı sayəsində Gorusdakı otellər hazırda 80-90% doludur.