Papa Makronun dəvətini geri çevirdi – Notr-Dam kilsəsinin açılışında iştirak etməyəcək

26/11/2024 - 17:51

Roma Papası I Fransisk Fransa Prezidenti Emmanuel Makronun tarixi Notr-Dam kilsəsinin açılış mərasiminə dəvətini rədd edib. “AzPolitika” xəbər verir ki, Vatikandan verilən açıqlamaya görə, Papa dekabrın 15-də Aralıq dənizində Fransanın Korsika adasına səfər edəcəyi üçün Notr-Dam kilsəsinin açılışında iştirak edə bilməyəcək. Qeyd edək ki, Papanın Notr-Dam kilsəsinin açılışında iştirakdan imtina etməsi və Fransanın Korsika adasındakı dini konfransa qatılması milli mətbuatda Papa ilə Makronun münasibətlərinin yaxşı olmadığına dair şərhlərə səbəb olub və narazılıqla qarşılanıb. Xatırladaq ki, Fransanın dünyaca məşhur tarixi ibadət yeri olan Notr-Dam kilsəsi 5 illik təmir və bərpa işlərindən sonra qapılarını yenidən xarici turistərin üzünə açmağa hazırlaşır.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ