Parlament seçkiləri ilə əlaqədar səsvermə barədə bildirişlərin seçicilərə paylanması prosesi başa çatıb
25/08/2024 - 06:32
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanması prosesi başa çatıb. APA-nın xəbərinə görə, məntəqə seçki komissiyaları tərəfindən bildirişlərin seçicilərə paylanması prosesi səsvermə gününə 7 gün qalanadək başa çatmalıdır. Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar bu proses 2024-cü il avqustun 25-dək yekunlaşdırılır.