Paşinyan Ermənistanın bu ay Azərbaycanla sülh sazişini imzalamağa hazır olduğunu bildirib
08/10/2024 - 19:06
Oktyabr ayı ərzində Ermənistan Azərbaycanla sülh sazişini imzalamağa hazırdır. APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının Moskvada keçirilən toplantısında deyib. O, bu qərarın ölkəsinin rəsmi mövqeyi olduğunu da sözlərinə əlavə edib.