Prezident səlahiyyətlərinin Harrisə verilməsi üçün qətnamə hazırlanır

22/07/2024 - 09:06

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Nensi Meys prezident səlahiyyətlərinin vitse-prezident Kamala Harrisə verilməsini tələb edən qətnaməni həmkarlarına təqdim etmək niyyətindədir. APA xəbər verir ki, o, bununla bağlı məlumatı “X” sosial şəbəkəsindəki şəxsi hesabında paylaşıb. Meysin sözlərinə görə, əgər yenidən seçilmək planlarından vaz keçən ABŞ prezidenti Co Baydenin zehni qabiliyyəti onun seçkilərdə iştirakına imkan vermirsə, o zaman o, bu postda qala bilməz . "Sabah mən Kamala Harrisin ABŞ Konstitusiyasına 25-ci düzəlişdən istifadə etməsini və hazırkı prezidentin səlahiyyətlərini öz üzərinə götürməsini tələb edən bir qətnamə təqdim edəcəyəm", - deyə o bildirib

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10