Putin “məğlubedilməz” adlandırmışdı - Rusiyanın gizli silahı üzə çıxdı

04/09/2024 - 12:07

Rusiya lideri Vladimir Putinin “məğlubedilməz” adlandırdığı gizli silahı üzə çıxıb. “AzPolitika” xəbər verir ki, peyk görüntülərini araşdıran iki ABŞ tədqiqatçısı Rusiyanın ən strateji silahlarından biri sayılan “9M730 Burevestnik” raketinin yerini tapıb. Sözügedən raketin Moskvadan 475 kilometr şimalda yerləşən obyektə bitişik tikinti layihəsinin olduğu əraziyə yerləşdirildiyi bildirilib. “CNA” tədqiqat və təhlil təşkilatının analitiki Deker Evelet peyk görüntülərində tikilməkdə olan doqquz üfüqi buraxılış meydançasının olduğunu deyib. Eveletə görə, bu meydançalar üç qrupda yerləşir. Qeyd olunur ki, bu, həm hücumlara qarşı qalxan yaradır, həm də raketlərin birində baş verə biləcək partlayışın digərlərini də partlatmasının qarşısını alır.

 

Rusiya Müdafiə Nazirliyi və Vaşinqtondakı səfirlik Eveletin iddiasına və raketin yaratdığı risklərə dair sorğulara cavab verməyib. Eyni zamanda, ABŞ Dövlət Departamenti, Mərkəzi Kəşfiyyat İdarəsi, Milli Kəşfiyyat İdarəsi və ABŞ Hərbi Hava Qüvvələri Milli Hava və Kosmik Kəşfiyyat Mərkəzi də şərh verməkdən imtina edib. Qeyd edək ki, büvə enerjisi ilə işləyə bilən və nüvə başlığı daşıyan qitələrarası qanadlı raket “9M730 Burevestnik” rusların ən strateji silahlarından biri hesab olunur.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10
Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57