Qazaxda mina partlayıb, 23 yaşlı oğlan xəsarət alıb - YENİLƏNİB

14/10/2024 - 12:47

Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində 14 oktyabr tarixində mina hadisəsi baş verib. APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatında deyilir. Bildirilib ki, kənd sakini 2001-ci il təvəllüdlü Sarıyev İlkin Amil oğlu heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. Hadisə nəticəsində Sarıyev İlkin sağ ayağından xəsarət alıb.Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. Vəziyyəti stabildir. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra icra edilir. Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır. ANAMA, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.

 

***

11.35

Qazaxda mülki şəxs minaya düşüb. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb. 2001-ci il təvəllüdlü İlkin Sarıyev kənd ərazisində minaya düşərək xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Onun mal-qara otaran zaman minaya düşdüyü bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21
Salyanda ev yanıb
11/11/2024 - 16:39
Pensiya alanlara xəbər var
11/11/2024 - 16:37