QAZİANTEPDƏN DƏHŞƏTLİ KADRLAR - Xilasetmə zamanı bina çökdü / VİDEO

06/02/2023 - 09:50

Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda yerli vaxtla saat 04:17-də baş verən 7,4 bal gücündə zəlzələ zamanı Qaziantep, Adıyaman, Hatay, Diyarbəkir, Mersin və bir çox şəhərlərdə güclü təkanlar hiss olunub.

Böyük dağıntılara səbəb olan zəlzələdən sonra dərhal axtarış-xilasetmə təlimlərinə başlanılıb. Qaziantepdə dağılmış binada vətəndaşların qruplara kömək etdiyi axtarış-xilasetmə əməliyyatı zamanı binada ikinci çökmə baş verib. Həmin anlar saniyəbəsaniyə kameralarda qeyd olunub.