Qüds qüvvələri komandanı İsmayıl Qaani casusluqda ittiham olunur

11/10/2024 - 07:31

İranlı briqada generalı və Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani İsrailə casusluq ittihamı ilə Tehranda istintaqa cəlb edilib və dindirilib. APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, dindirilmə zamanı Qaaninin infarkt keçirdiyi bildirilir. “Sky News“un ərəb bölməsi İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı İsmayıl Qaaninin İsraillə əlaqə saxlamaqda şübhəli bilindiyini yazıb. Məlumata görə, kəşfiyyat məlumatlarının pozulması ilə bağlı sorğu-sual edilən və istintaq zamanı infarkt keçirən Qaani, daha sonra xəstəxanaya yerləşdirilib. İran İnqilab Keşikçiləri Nəsrullahın ölümündən sonra İsrailin “Hizbullah”a necə sızdığı və liderlərinin yerini necə tapdığı ilə bağlı araşdırmalara başlayıb. Mənbələrin məlumatına görə, İsrailin hücumu zamanı Qaani hücum yerində olmayıb. Mənbələr araşdırmalar davam edərkən Qaaninin həbsdə saxlandığını bildirib. “The New York Times“ qəzeti Qaaninin hücumdan əvvəl Beyrutdakı “Hizbullah” qərargahına səfər etdiyini yazıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30