“Reuters”: Dünya Bankı Ukrayna üçün yeni fond yaratmaq barədə qərar qəbul edib

11/10/2024 - 07:23

Dünya Bankının İcraiyyə Şurası Ukraynaya dəstək üçün yeni maliyyə fondunun yaradılmasını təsdiqləyib. APA xəbər verir ki, “Reuters“ bu barədə oktyabrın 10-da mənbələrə istinadən məlumat yayıb.  “Cümə axşamı Dünya Bankının İcraiyyə Şurası Ukraynaya dəstək üçün ABŞ, Kanada və Yaponiyanın töhfə verəcəyi maliyyə vasitəçiliyi fondunun (FIF) yaradılmasını təsdiqləyib”, - nəşr bildirib. Nəşrin məlumatına görə, Dünya Bankı tərəfindən idarə olunacaq fond, G7 (Böyük Yeddilik) ölkələrinin Kiyev rejiminə 50 milyard dollara qədər əlavə maliyyə vəsaiti ayırmaq vədini ilin sonuna qədər yerinə yetirməyə kömək edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30