Reznikov təhdid məktublarının arxasında kimin dayandığını açıqladı

02/12/2022 - 00:28

Ukraynanın müdafiə naziri Aleksey  Reznikov Madriddəki Ukrayna səfirliyinin ərazisində baş verən partlayışın və təhlükəli məktubların arxasında Rusiya Federasiyasının dayandığını  bildirib.

Qafqaz.media-nın xarici mətbuata istinadla məlumatına görə, Reznikov 2022-ci ilin 1 dekabrında İspaniyanın müdafiə naziri Marqarita Robles ilə keçirdiyi brifinq zamanı qeyd edib ki, Rusiya terrora  sövq etmək üçün terror vasitələrindən istifadə edir.

"Dünya artıq  Rusiyanın  terror dövləti olduğunu etiraf etməyə başlayıb. Terror isə sərhəd tanımır. Bu gün xanım nazir İspaniyada narahatlıq yaradan  partlayıcı məktublardan danışdı. Rusiya terrora sövq etmək üçün terror vasitələrindən istifadə edir. Rusiya Ukraynanın su təchizatını, elektrik enerjisini kəsməyə çalışır ki, biz soyuqda və qaranlıqda qalaq. Bununla Rusiya əslində bütün dünyaya meydan oxuyur, - deyə Reznikov vurğulayıb.

Qeyd edək ki, ötən gün Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da  sözügedən məsələ ilə bağlı bəyanat vermişdi. Onun bəyanatında deyilirdi:  “Bu gün (dekabrın 1-i-red.) və dünən (noyabrın 30-u-red.) Ukraynanın xaricdəki iki səfirliyinə konkret təhdidlərin yer aldığı məktublar daxil olub. Söhbət xaricdə Ukraynaya qarşı məqsədyönlü və genişmiqyaslı kampaniyadan gedir.”

Nazir həmçinin əlavə etmişdi ki, Madriddə baş verənlərdən əlavə, partlayıcı maddələrlə bağlı olmayan, amma Ukrayna səfirliklərinə çox konkret təhdidlərin yer aldığı digər narahatedici hadisələr də baş verib”.

Kuleba sözügedən məsələ ilə bağlı daha ətraflı məlumat verə  bilmədiyini və Xarici İşlər Nazirliyinin tezliklə rəsmi açıqlama ilə çıxış edəcəyini vəd etmişdi.

"Şübhəsiz ki, bu terrorun yeni formasıdır. Biz İspaniya hakimiyyəti ilə birlikdə bunun arxasında kimin dayandığını müəyyən etmək üçün çox fəal işləyirik", - deyə Kuleba bildirmişdi.

Nazir vurğulamışdı ki, məlum olayın arxasında kimlərin dayandığı ilə bağlı  ilkin təxminlər var, amma daha dəqiq araşdırılma aparılmalıdır. Nazir həmçinin baş verənlərin Ukraynaya qarşı məqsədyönlü, genişmiqyaslı kampaniyanın aparıldığını iddia etmək üçün ciddi əsas verdiyuni də iddia etmişdi.

Qafqaz.media

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33