Rumıniya ukraynalı pilotların hazırlanması üçün maliyyə ayrılmasını təsdiqləyib

17/10/2024 - 07:30

Rumıniya hökuməti F-16 qırıcılarını idarə etmək məqsədilə ukraynalı pilotların təlimi üçün hüquqi prosedurları və şərtləri müəyyən edən təcili qətnamə qəbul edib. APA xəbər verir ki, bu barədə hökumətin mətbuat katibi Mixay Konstantin məlumat verib. "Rumıniya hökuməti F-16 təyyarələrini idarə edəcək ukraynalı personalın təlimi üçün qanuni prosedurları və şərtləri təsdiqləyib", - deyə o bildirib. Məlumatda həmçinin təlimin Feteşti şəhərindəki 86-cı aviabazada keçiriləcəyi də qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ