Rus sülhməramlılarının Qarabağa keçirdiyi terorçu qruplar İrana aiddir

01/12/2022 - 12:21

Məlum olduğu kimi, Qafqaz.media tərəfindən Qarabağdakı rus "sülhməramlı"larının səlahiyyət həddini aşaraq 14 xarici ölkə vətəndaşını Azərbaycan ərazisinə keçməsinə imkan verməsi barədə xəbər verilmişdi.

Əldə edilən məlumata görə məlum olub ki, Qarabağ ərazisinə buraxılan 14 nəfər İran İslam Respublikasının vətəndaşıdır. Onlar noyabrın 24-də günorta saatlarında 34-QA-444 seriyalı “Mercedes-Benz” markalı avtomobillə Xankəndinə gəliblər. Təxminən 13-14 rus  "sülhməramlı"larının postundan yan keçərək bu günə qədər orada qalmaqdadırlar.
Ehtimallara görə, iranlılar Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə özlərini çox rahat hiss edən qeyri-qanuni erməni terrorçu qruplaşmalarına terrorçu-təxribat təlimləri keçirmək və konkret təxribat hazırlamaq üçün göndəriliblər. Onların Qarabağda terrorçu qruplaşmalara İran istehsalı olan silahlardan istifadə etmək üçün təlim keçməsi də mümkündür.
Məlum olan bu faktdan da gğrünür ki, 44 günlük müharibənin nəticələri ilə hələ də barışa bilməyən və regionda öz təsirini itirməkdə davam edən Tehran rejimi hazırda Rusiya ilə əl-ələ verərək "sülhməramlı" adı altında Azərbaycan ərazisinə soxulan rus hərbçilərinin müvəqqəti nəzarəti altında olan ərazilərdə terror hazırlamaq planını işə salıb.
Əlbəttə, İran rejiminin əsl niyyətlərindən xəbərdar olan rəsmi Bakın bu məsələyə sərt reaksiya verməlidi və. İran tərəfindən təcili şəkildə suala aydınlıq gətirməyi tələb etməlidir - onlar gizli şəkildə Azərbaycan ərazisinə hansı məqsədlə gəliblər, onları kim göndərib və missiyası nədir?
Rus sülhməramlıları isə öz dövləti mahiyyətlərindən irəli gələn gerçəyi bir daha biruzə verdilər ki, Rusiya ilə imzalanan müqavilə su üzərinə yazılmış yazı kimidir və əslində onlar müvəqqəti nəzarət etdikləri əraziyə “nəzarət” etmirlər. Onların bizim ərazidən rədd olmağının vaxtı çoxdan çatıb...

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33