Rusiya Azərbaycan və Gürcüstandan elektrik enerjisinin idxalını xahiş edib

15/10/2024 - 22:44

Rusiya Azərbaycan və Gürcüstana fövqəladə vəziyyət zamanı ümumilikdə 600 MVt həcmində elektrik enerjisi idxalının mümkünlüyü barədə sorğu göndərib. APA xəbər verir ki, Rusiyanın "İnter" enerji şirkətinin idarə heyətinin üzvü Aleksandra Panina Ümumrusiya Tarif Konfransı çərçivəsində jurnalistlərə bildirib. “Biz iki ölkəyə müraciət etmişik. Azərbaycan və Gürcüstana tədarük imkanı barədə sorğu göndərmişik. Biz idxal imkanlarını nəzərdən keçiririk və qəza hallarında təchizat üçün iki qonşu enerji sisteminin imkanlarına dair sorğu göndərmişik. Əgər qəza vəziyyətləri olarsa, biz “Sistem operatoru”nun tələbi ilə Gürcüstan və Azərbaycanın 300 MVt enerji təmin etməyə hazır olmalarını istərdik”, - Panina vurğulayıb. Onun sözlərinə görə, şirkət Gürcüstan və Azərbaycandan hələ cavab almayıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ