Rusiyada güclü zəlzələ baş verdi

16/09/2024 - 06:46

Sentyabrın 16-na keçən gecə Kamçatkanın şərq sahillərində 4,3 bal gücündə zəlzələ baş verib. Publika.az bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsinə istinadən məlumat yayıb. "Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 147 km cənub-şərqdə, Sakit Okeanın 18 km dərinliyində olub ", - məlumatda qeyd edilib. Rusiya Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə baş idarəsi bu zəlzələnin məskunlaşan ərazilərdə hiss olunmamasına aydınlıq gətirib. Sunami təhlükəsi elan olunmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57