Rusiyada səfərbər edilən hər dörd nəfərdən biri cəbhəni tərk etməyə çalışır - VİDEO

24/12/2022 - 22:29

Səfərbər edilmiş hər dördüncü rus cəbhəni tərk etməyə, təkbaşına və ya mütəşəkkil qruplar halında qaçmağa çalışırlar.

Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov FREEDOM telekanalının canlı efirində bildirib. Məlumat Ukrayna kəşfiyyatı tərəfindən zənglərin dinlənilməsi nəticəsində əldə edilib.

"Söhbət Putinin “ətçəkən maşınına” düşmək istəməyən və səfərbər olunan hər dörd nəfərdən biri bu cür cəhdləri ya düşünür, ya da artıq gedib", - Yusov bildirib.