Rusiyada əsgərliyə çağırış yaşı 18-dən 21-ə qaldırıla bilər

21/12/2022 - 19:56

Rusiyanın müdafiə naziri Sergey Şoyqu hərbi xidmətə çağırış yaşının mərhələli şəkildə 18-dən 21-ə, maksimum çağırış yaşının isə 27-dən 30-a çatdırılmasını təklif edib. 

Qafqaz.media bu barədə "lenta.ru" ya istinadla bildirir.

Şoyqu belə bir təkliflə Rusiya prezidenti Vladimir Putinin də iştirak etdiyi müdafiə idarəsinin kollegiyasının genişləndirilmiş iclasında çıxış edib. Müdafiə departamenti rəhbərinin bəyanatına görə, Rusiya Silahlı Qüvvələrinin sayını bir milyon yarıma çatdırmaq planlaşdırılır ki, bunlardan Şoyqunun təklifi ilə müqaviləli əsgərlərin sayı 695 min olacaq. 

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33