RUSİYADAKI “HÖRÜMÇƏK BANKASI” - Ukrayna kəşfiyyatı Putinin ətrafındakı qarşıdurmalar haqda açıqlama verib

20/01/2023 - 20:34

“Ukrayna Silahlı Qüvvələrinin müharibədə əldə etdiyi uğurlar fonunda Rusiya prezidenti Vladimir Putinin ətrafında mübahisələr güclənir”.

Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov bildirib.

“Ukrayna müdafiə qüvvələrinin hərəkətləri nə qədər uğurlu olarsa, ərazilərimiz bir o qədər intensiv şəkildə azad edilər. Və ruslar nə qədər çox ölərsə, Kreml qüllələri və ya Kreml elitası adlanan bu “hörümçək bankası”nda bir o qədər ziddiyyətlər artacaq”, - Yusov deyib.

Onun sözlərinə görə, Putin özünü gələcəyə yox, keçmişə baxan pensiyaçılarla əhatə edir.

Yusov vurğulayıb ki, Rusiya diktatorunun komandasında mühitində ziddiyyətlər davam edəcək: “Çünki Gerasimov Rusiya Federasiyası üçün heç bir nəticə göstərə bilməyəcək”.

Qafqaz.media