RUSİYANIN MOLDOVADA ÇEVRİLİŞ PLANI... - Maya Sandu: "Əlimizdə sənədlər var”

13/02/2023 - 14:59

Moldova Prezidenti Maya Sandu Rusiya Federasiyasının ölkədə qeyri-sabitlik aksiyaları hazırladığını – diversantlar vasitəsi ilə dövlət binalarına hücum etməyi və girovlar ələ keçirməyi planlaşdırdığını bəyan edib.

Prezident Sandu bu barədə sənədləri Ukrayna hakimiyyətindən aldığını söyləyib. Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski də bu barədə açıqlama vermişdi.

Maya Sandu Ukraynadan aldığı sənədlərdə qiyam aksiyalarına hazırlıq üçün yerlərin və logistikaların qeyd edildiyini bildirib. Sənədlərdə Moldovaya RF, Belarus, Serbiya və Qaradağ vətəndaşlarının keçməsi üçün təlimatlar var. Sandu ölkədəki rusiyapərəst qüvvələri də RF ilə əlbir olmaqda ittiham edib. Onun sözlərinə görə, Moskvanın əsas hədəfi – Konstitusiya quruluşunun devrilməsi, hakimiyyət dəyişikliyi və Aİ-yə inteqrasiya prosesini dayandıra biləcək başqa hakimiyyətin gəlməsidir.

Moldova Prezidenti çevriliş cəhdinə qarşı bir sıra tədbirlər görülməsi göstərişi verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33