Rusların üçdə biri Ukraynaya nüvə zərbəsi endirilməsini istəyir – “Levada” Mərkəzi sorğunun nəticələrini açıqladı
“Levada” Mərkəzinin iyun ayı sorğusunun nəticələrinə görə, rusların üçdə birindən çoxu Ukraynaya nüvə zərbəsi endirilməsini bəyənəcək.
Kremlin sifarişi ilə keçirilməsi ehtimal olunan bu sorğuya əsasən, respondentlərin 10%-i nüvə silahının müharibədə istifadəsini “mütləq” dəstəkləyir, digər 24%-i isə bunu “olduqca məqsədəuyğun” hesab edir.
Qeyd olunur ki, bu tip hərbi həll tərəfdarlarının payı son bir ildə 5 faiz bəndi artıb və Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri rekor həddə çatıb.
Bununla yanaşı, əksəriyyət hələ də nüvə silahından istifadənin əleyhinədir - respondentlərin 52%-i.
Əvvəllər Prezident Vladimir Putin bildirmişdi ki, o, ölkənin nüvə doktrinasında mümkün dəyişikliklər barədə düşünür.
2016-cı ildə müntəzəm olaraq sosioloji və marketinq araşdırmaları aparan Yuri Levadanın qeyri-hökumət təşkilatı -“Levada” Mərkəzi Rusiya hakimiyyəti tərəfindən “xarici agent” elan edilib. Təşkilat bununla razılaşmır. Dəfələrlə qeyd olunub ki, “Levada” Mərkəzin sorğularının nəticələri dövlət sosioloji xidmətlərinin sorğularının nəticələrindən xeyli fərqlənir.