Saakaşvilinin anası Salome Zurabişvilidən oğlunun əfvini xahiş etməyəcək

26/12/2022 - 22:53

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin anası Giuli Alasania bildirib ki, o, oğlunun əfv olunması xahişi ilə prezident Salome Zurabişviliyə müraciət etmək niyyətində deyil.

Qafqaz.media bu barədə Gürcüstan KİV-lərinə istinadən xəbər verir.

“Bilmirəm ki, mənim xahişim nəyə lazımdır?! Salome Zurabişviliyə bütün məlumatları təqdim etdik. Bu adamın bu addımı atmağa tam haqqı var və mənim müraciətim nəyi dəyişəcək? Salome Zurabişvili ilə əlaqə saxlamağı düşünmürəm. İnsanlar ona müraciət edirlər və düşünürəm ki, bu kifayətdir”, - Alasaniya bildirib.

Qafqaz.media