Saakaşviliyə oğlu ilə görüşməyə icazə verilmədi – “ZİYARƏT QAYDALARI SƏRTLƏŞDİRİLİB…”

28/12/2022 - 00:14

Mixail Saakaşvilinin oğlunun “Vivamedi” klinikasında atası ilə görüşməsinə icazə verilməyib.

Qafqaz.media xəbər verir ki, bundan əvvəl eks-prezidenti anası Giuli Alasania ziyarət edib və o, jurnalistlərə ziyarət qaydalarının sərtləşdirildiyini deyib.

“Qaydalar sərtləşdirilib. Bilmirəm niyə, bəlkə virus və ya başqa bir şey səbəbilə. Mənim də onun haqqında məlumatım yoxdur.

Səhhəti (Saakaşvilinin) həmişə olduğu kimi, ağırdır. Zəiflik və iştahsızlıq var. O, həqiqətən fəxr etdiyi oğlunu səbrsizliklə gözləyirdi”, Alasania deyib.

Xatırladaq ki, may ayında Saakaşvili səhhəti pisləşdiyi üçün həbsxanadan “Vivamedi” klinikasına köçürülmüşdü. Eks-prezidentin tərəfdarları onun zəhərləndiyini deyirlər. “Empati” Mərkəzinin qənaətinə görə, siyasətçi həbs olunana qədər sağlam olub və sonrada həkimlər ona 20-dən çox xəstəlik diaqnozu qoyulub.

Amerikalı psixiatr Erik Qoldsmit bildirib ki, Saakaşvilinin sürətlə irəliləyən demensiya və posttravmatik stress pozğunluğu (TSSB) var.

Qafqaz.media