Sabah Naxçıvanın bəzi hissələrində su olmayacaq

14/08/2024 - 17:22

Sabah Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində (İlham Əliyev adına Olimpiya İdman Kompleksinin qarşısı) 450 mm-lik magistral su xəttində təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur. Naxçıvan Şəhər İcra Hakimiyyətindən "Report"un yerli bürosuna verilən məlumata görə, təmir işlərinin aparılması ilə əlaqədar olaraq avqustun 15-i səhər saat 09:00-dan gecə 00:00-dək magistral yol birtərəfli bağlanaraq zəruri qazıntı və hazırlıq işləri aparılacaq, eləcə də əhalinin su ilə təminatında fasilələrin yaranmaması üçün boru dəyişmə işlərinin gecə saat 00:00-dan səhər saat 06:00-dək həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, boruların yeniləri ilə əvəzlənməsi zamanı gecə saat 00:00-dan səhər saat 06:00-dək şəhərin İstiqlal küçəsindəki 121, 123, 125, 127 və 129 saylı binalarda suyun təzyiqinin azalması, Naxçıvan Gömrük Baş İdarəsinin inzibati binası, Naxçıvan Muxtar Respublika Xəstəxanası, Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliklinikası, Xətai məhəlləsi, 11, 20, 21 və 22-ci məhəllələrdə suyun verilişinin tamamilə dayandırılması nəzərdə tutulur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42