Sabirabad sakininin 135 min manatdan çox pulu ələ keçirilib

14/10/2024 - 14:22

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon sakini olan bir nəfərə qarşı dələduzluq etməkdə təqsirli bilinən Ziya Əliyev saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, araşdırmalar zamanı həmin şəxsin zərərçəkənin etibarından istifadə edərək onunla şərikli biznes quracağı barədə yalan vədlər verdiyi və 135150 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib. "Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Z.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər."

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

GÜNÜN MÜBARƏK,SUMQAYITIM!
23/11/2024 - 15:56
Onu da həbs gözləyir
19/11/2024 - 23:52
Azərbaycanlı alim vəfat edib
19/11/2024 - 23:44