Sabirabadda ev yandı: xəsarət alan var

11/08/2024 - 12:41

Sabirabad rayonunun Güdəcühür kəndində ümumi sahəsi 145 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 120 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən xəbərə görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi, yaxınlıqdakı talvar və köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ