Şabranda su anbarında balıq ovlayan 10 nəfər saxlanılıb

15/08/2024 - 16:40

Şabranda su anbarında qanunsuz balıq ovlayan 10 nəfər saxlanılıb. DİN Mətbuat Xidmətinin Quba regional qrupundann APA-ya verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə Taxtakörpü su anbarında qanunsuz olaraq balıq ovu ilə məşğul olan 10 nəfər şəxs müəyyən olunub. Həmin şəxslərdən qanunsuz ovladıqları balıqlar və balıqovlama ləvazimatları aşkarlanıb. Faktlarla bağlı araşdırma aparılıb, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah Bakıya leysan yağacaq
26/11/2024 - 12:56
Sağlamlığın tək ünvanı
26/11/2024 - 12:10