Salyanda mikroavtobuslar toqquşub, 10 nəfər xəsarət alıb - FOTO

29/03/2024 - 20:54

Ələt-Astara avtomobil yolunda mikroavtobuslar toqquşub, xəsarət alanlar var.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun 56-cı kilometrliyində Salyan rayonu ərazisində baş verib.

Reklamınızı SmartBee ilə effektiv edin.

Nəticədə bir neçə nəfər xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Mikroavtobuslardan birində şirkətlərdən birinə məxsus işçilər olub.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ