Satılmır deyə qarpızları kanala atdılar - Yenilənib - Video
14/08/2024 - 17:17
Rayonların birində vətəndaşlar qarpızları kanala atıblar. “Qafqazinfo” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Onlar bunu etmələrinə səbəb kimi qarpızların alıcısının olmamasını göstəriblər. Sosial şəbəkə istifadəçiləri isə vətəndaşların bu hərəkətini qınayıblar. Onlar bu hərəkətin həm israfçılıq olduğunu, həm də suyu çirkləndirdiyini bildiriblər.
***
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, videogörüntülər Bərdə Rayon Polis Şöbəsində araşdırılır: “Həmin şəxs müəyyən edilərək şöbəyə dəvət edilib. Onunla profilaktik iş aparılır”.