"Əsgərlikdən sonra çox planları, arzuları vardı" - Nəşi tapılan Fəridin ATASI

08/08/2024 - 05:13

 

 

 

 

 

İki il əvvəl Laçında itkin düşən 2003-cü il təvəllüdlü hərbi qulluqçular - Fərid Məmmədov və Firdovsi Abdullayevin meyitləri Kəlbəcərdən tapılıb. Onlar yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüblər. Nəşi tapılan Fərid Məmmədovun atası Əjdər Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, oğlunun sağ qayıdacağını gözləyirmiş: “99% əmin idim ki, Fərid sağ-salamat evimizə qayıdacaq. 2 ildir gözlərimiz yollarda idi. Allahın işi elə gətirdi ki, şəhid oldu”. Onun sözlərinə görə, Fəridin uşaqlığı çox çətin şəraitdə keçib: “Fəridlə qardaşı çox zülmlə böyümüşdülər. Fəridin uğurlu gələcəyi olacağını gözləyirdik. Əsgərlikdən sonra çox planları, arzuları vardı. İş qurmaq, bizə dəstək olmaq istəyirdi. Həmişə deyərdi ki, ata, mənə çəkdiyin əziyyətin qarşılığını verecəyəm”. Məlumata əsasən, Fərid Məmmədovun cənazəsi sabah Ağdam şəhidlər xiyabanında dəfn olunacaq. Xatırladaq ki, hərbçilərin itkin düşməsinə görə iki nəfər həbs olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55
Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42