Şəhid qardaşının arvadını öldürən şəxsin cinayət işi istintaqa geri qaytarılıb

05/08/2024 - 11:32

Xızıda qardaşının arvadını boğub öldürməkdə təqsirləndirilən Taleh Qurbanovun cinayət işi yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılıb. APA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə baxılan iş zərərçəkmişin hüquqi varisinin vəsatəti əsasında yenidən araşdırılması üçün ibtidai istintaqa göndərilib. Zərərçəkmiş Ləman Qurbanovanın hüquqi varisi (atası) cinayətin xuliqanlıq məqsədi ilə törədildiyini əsas gətirərək onun ağırlaşdırılması vəsatətini verib. Məhkəmə hüquqi varisin vəsatətini qəbul edərək işin yenidən araşdırılması üçün ibtidai istintaqa göndərilməsini təmin edib. Taleh Qurbanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, öldürülən Ləman Qurbanova 2022-ci ilin sentyabr ayında Ermənistanın təxribatının qarşısını alarkən şəhid olmuş kapitan Saleh Qurbanovun həyat yoldaşıdır. Ləman Qurbanovanı öldürməkdə təqsirləndirilən Taleh Qurbanov şəhidin qardaşıdır. Hadisə mayın 13-ü saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlində qeydə alınıb. Həmin gün 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.Aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.İş üzrə şübhəli şəxs qismində saxlanılan Taleh Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
18/11/2024 - 14:05
Faktiki hava açıqlanıb
18/11/2024 - 10:03
Xoşbulağa qar yağdı - Video
17/11/2024 - 15:03
Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00