Çaylardan sel keçir - FAKTİKİ HAVA

22/06/2024 - 11:59

Saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar İsmayıllı rayonu ərazisindən axan Göyçayda, Girdımançayda, Ağsu rayonu ərazisindən axan Ağsuçayda, Qobustan rayonu ərazisindən axan Pirsaatçayda sululuğun artımı davam edir.Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Qeyd olunub ki, digər çaylarda nisbətən azalma müşahidə olunur.Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, hazırda Şabran rayonu ərazisindən axan Gilgilçaydan sel keçməsi davam edir: "Avtomat stansiyalar vasitəsilə çaylarda suyun səviyyəsi mütəmadi izlənilir".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53
Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55