“Üçüncü Dünya Müharibəsinin taleyini Süni İntellekt həll edəcək” – ABŞ mediası
Yüksək texnologiyaların və xüsusən də Süni İntellektin sürətli inkişafı dünyada yeni iqtisadi-siyasi mənzərə, yeni reallıqlar meydana gətirir. Cəmiyyət həyatının demək olar ki, bütün sahələri Süni İntellektin əhatə dairəsinə bürünməyə başlayır.
Süni İntellektin tətbiq sahəsi sözsüz ki, hərbi sənayedən yan keçə bilməz və o, tədricən döyüş meydanının zəruri elementinə çevrilir. Hazırda qlobal çapda rəqabət aparan böyük dünya gücləri hərbi sahədə üstünlük qazanmaq üçün Süni İntellektin imkanlarından maksimum yararlanmaq niyyətindədirlər. Süni İntellektin gözlənilməz və kontrolsuz inkişafının bəşəriyyət üçün ciddi problemlər yaratmasının qarşısının alınması istiqamətində də tədbirlər görülür. Ümumiyyətlə, belə anlamaq olar ki, Süni İntellekt təkcə gələcək həyatımızın yox, eləcə də müharibələrin xarakterini dəyişəcək. Elə bu səbəbdən də ABŞ Süni İntellekt sahəsinidə kimsənin onun önünə keçməsinə qətiyyən imkan verməməyə çalışacaq.
“AzPolitika” xəbər verir ki, ABŞ-nin “The National Interest” jurnalı “ABŞ Süni İntellekt yarışında qalib gəlməlidir” başlıqlı məqaləsində sözügedən mövzuya toxunub.
Həmin məqaləni təqdim edirik: ”Müharibələri ən yeni texnologiyalardan səmərəli istifadə etməyi bacaran tərəf qazanır və bu baxımdan Süni İntellekt istisna deyil. Demək olar ki, hazırda münaqişələr dünyanın bütün bölğələrini bürüyüb və ona görə də “Üçüncü dünya müharibəsi” fərziyələrindən qaçmaq çətindir. Əgər belə bir miqyasda faciə baş verərsə, onunla mübarizə hər halda qismən kiber məkanda da aparılacaq. Şübhəsiz ki, Süni İntellektdən istifadə də buraya daxildir. Ona görə Süni İntellekt sahəsində liderlik etmək Amerika üçün çox vacibdir.
Mark Çukerberqin fikirlərinə əsasən deyə bilərik ki,rəqiblər çox cəld hərəkət edirlər. Keçmişdəki digər mühüm innovasiya texnologiyalarının ərsəyə gətirilməsi kimi Süni İntellektin rüşeymləri də məhz Amerika Birləşmiş Ştatlarından başlayıb. İndi rəqiblər bu sahədə ABŞ-yə çatmağa can atırlar, onlar bunu həm öz gücləri ilə etməyə çalışırlar, həm də Amerikadakı yaradıcı insanların işlərini ələ keçirməyin yollarını axtarırlar.
Digər tərəfdən, Süni İntellektdən istifadənin qaydalarının tənzimlənmsi qlobal səviyyədə tam gücü ilə gedir. İnnovasiyalarda balans yaradılması və onların işinin tənzimlənməsi yeni bir şey deyil və bunun Süni İntellekt sahəsində də tətbiq olunması istənilir. Ola bilər ki, Süni İntellektin xarakteri onun cəmiyyət üçün verə biləcəyi təhlükərlə də bağlıdır. Bu cür təhlükələri nəzərə alıb Süni İntellektlə bağlı yeni “yol hərəkət qaydalarının” müəyyənləşməsi üzərində işlər görülür.
ABŞ senatrorlarından ibarət qrup Süni İntellektin artan üstünlüklərini nəzərə alıb “Süni İntellektin ekstrimal risklərinin azaldılması üzrə çərçivə proqramı” irəli sürüblər. Onlar bildirirlər ki, Süni İntellekt “bir sıra risklər daşıyır və bu, Amerika cəmiyyətinə ciddi zərər vura bilər”.
Konqres tərəfindən yeni tənzimləyici orqanın yaradılması nəzərdə tutulur. Avropa İttifaqının “Avropa İttifaqının Süni İntellekt barədə” 458 səhifədən ibarət qanun qəbul etməsi təəccüblü deyil. Avropa Birliyinin Süni İntellekt haqqındakı qanunu üzv dövlətlərin hökumətləri tərəfindən heç də birmənalı qarşılanmayıb.
Fransa prezidenti Emmanuel Makron narahatdır ki, bu qanun Fransanı Amerika, Çin və hətta Böyük Britaniya innovasiyaları qarşısında əlverişsiz vəziyyətə salacaq. Belə ki, Böyük Britaniya Avropa İttifqından çıxdığı üçün bu qanunun ona aidiyyatı yoxdur.
Süni İntellekt haqqında qanunun Avropa İttifaqında qüvvəyə minməsəinə baxmayaraq, Amerika şirkətləri onun nəticələrini öz üzərlərində hiss edəcəklər.
Çünki yaxşı bəllidir ki, kiberməkan və onun tənizmlənməsinin həqiqətən də sərhədi yoxdur. ABŞ-nin tənzimləyici orqanları innovasiya və tənzimlənmə arasındakı balansı diqqətlə izləməlidirlər.
Yuxarıda deyildiyi kimi, dövlətin nəzarəti altında Süni İntellekt üzərində çalışan Amerikanın düşmənləri anti-utopik üstünlük əldə etmək üçün Süni İntellektdən istifadə etmək yolunda heç bir məhdidyyətə məhəl qoymayacaqlar.
Amerikanı ötüb keçmək çəhdi hər yerdə, eyni zamanda davam edir. Hazırda ABŞ silahlı qüvvələri öz müdafiə gücünü şəxsi heyətin sayı ilə yox, innovativ üstünlüklə möhkəmləndirir.
Bu arada Çin Azadlıq Ordusu raketlərin hədəfi dəqiq vurması və tuşlama sistemlərinin təkmilləşdirilməsi üçün Süni İntellektdən istifadə edir.
Beynəlxalq Atom Agentliyinin bu yaxınlarda İranın uranı zənginləşdirməsi istiqamətindəki irəliləyişə nail olması barədə verdiyi məlumat həm Londonda, həm də Parisdə həyacanla qarşılanıb. Beləliklə, Vaşinqton və Brüssel artıq ciddi şəkildə narahat olmalıdırlar. Hələ üstəlik buraya dövlət və qeyri-dövlət subyektlərinin daxil olduğu yeni “kibernetik şər oxu”nun meydana gəməsini əlavə edin. Süni İntellektin infrastrukturunun yaradılması üçün Çinin lazımı təbii resurslar əldə etmək imkanı var. Onun iqtisadiyyatı və silahlı qüvvələri hazırda Amerikadan geridədir. Bəlkə də, Süni İntellekt elə bir yeganə vasitədir ki, məhz onun köməyi ilə Çin Qərb dünyası üzərində öz üstünlüyünü təsdiq edə bilər.
İkinci Dünya Müharibəsindən sonra yaradılmış beynəlxalq institutlar bu cür kütləvi fəlakətin yenidən təkrarlanmaması üçün qətnamələr qəbul edir. Kağız üzərində istər diktatorlar, istərsə də demokratik yolla seçilən hökumətlər Süni İntellektdən xoş məramla istifadə edəcəklərini bildirirlər.
Birləşmiş Millətlər Təşkilatı dünya problemlərini həll etmək üçün “təhlükəsiz və etibarlı” Süni İntellektin inkişafı ilə bağlı qətnamə qəbul edib. Beynəlxalq Telekommunikasiya İttifaqı “Xoşməramlı Süni İntellekt Sammiti “çağırmaqla ambisiyalı məqsədini açıqlayıb.
Tarix göstərir ki, qlobal münaqişədə ən güclü vasitələrə malik olan tərəf üstünlük əldə edir. Ona görə də amerikalı novatorlarının qarşısında Süni İntellekt yarşında qalib gəlmək və güc əldə etmək vasitəsilə sülhə nail olunması hədəfinə çatmaq dayanıb.
Beləliklə, Süni İntellekt vasitəsilə müharibə konsepsiyasına yenidən baxılacaq”.