ŞƏHİDİN XANIMINA VƏZİFƏ VERİLDİ - Direktor təyin edildi + FOTOLAR

06/07/2024 - 08:07

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinə yeni direktor təyinatı olub.

"AzPolitika" xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb. Əmrə əsasən sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Qabil qızı Hüseynova bu vəzifəyə təyin edilib.

Qeyd edə ki, K. Hüseynova 2004-cü ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir. O, klassik musiqi janrlarında əsərlər və vətənsevərlik ruhunda mahnılar bəstələyib. K.Hüseynova, eyni zamanda Azərbaycan musiqi mədəniyyətinə dair elmi əsərlərin müəllifidir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Qeyd edək ki, K.Hüseynova şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşıdır.


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ