Səhər Ermənistanda, günortadan sonra Türkiyədə: xüsusi nümayəndələr bu tarixdə görüşəcək
Ermənistan və Türkiyənin normallaşma prosesi üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç iyulun 30-da Türkiyə-Ermənistan sərhədində danışıqların 5-ci raundunu keçirəcəklər. Publika.az xəbər verir ki, bu barədə türkiyəli teleaparıcı Sena Alkan bildirib. O, “X” sosial şəbəkəsindəki hesabında yazıb ki, görüş səhər Ermənistan tərəfdə, günorta Türkiyə tərəfdə olacaq. Rubinyanla Kılıç arasında görüş iyulun 3-də planlaşdırılsa da, sonradan Türkiyə tərəfi müəyyən səbəblərdən görüşü təxirə salıb. Sonuncu dəfə iki ölkənin xüsusi nümayəndələri 2024-cü ilin fevral ayının sonunda Antalyada keçirilən diplomatik forum çərçivəsində görüşüblər. Orada danışıqların yeni raundunun keçirilməsi barədə razılığa gəliblər.