Siyəzəndə bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

25/08/2024 - 08:43

Avqustun 24-də Siyəzən rayonu ərazisində 1996-cı il təvəllüdlü Şəbnəm Mustafazadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. APA xəbər verir ki, bu barədə Siyəzən rayon prokurorluğu məlumat yayıb. Araşdırma zamanı 2003-cü il təvəllüdlü Səfər Mustafazadənin bacısı Şəbnəm Mustafazadəyə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Səfər Mustafazadə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

***
23:23

Avqustun 24-də saat 22:30 radələrində Siyəzən rayonunda 28 yaşlı Mustafazadə Şəbnəm Ənvər qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı 21 yaşlı Səfər Mustafazadə saxlanılıb.

Araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah Bakıya leysan yağacaq
26/11/2024 - 12:56
Sağlamlığın tək ünvanı
26/11/2024 - 12:10