Şəkidə 22 yaşlı gənc dərmandan zəhərləndi
18/05/2024 - 07:15
Şəkidə 22 yaşlı gənc dərmandan zəhərlənib.
“Qafqazinfo”nun məlumatına görə, şəhərin Bağbanlar küçəsində yaşayan 2002-ci il təvəllüdlü Asim Həsən oğlu Məmmədov zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı A.Məmmədovun çox sayda dərman qəbul etdiyi və zəhərləndiyi məlum olub.
Xəstəxanada 22 yaşlı gəncə lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyəti həkim nəzarətindədir.