Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

22/07/2024 - 09:27

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə hadisə Şəmkir Gədəbəy avtomobil yolunun rayonun Yasamal adlanan ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1999-cu il təvəllüdlü Fəxri Adilzadə, 2001-ci il təvəllüdlü Günel Əliyeva və 1970-ci il təvəllüdlü Xanım Əliyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ