Şərurda ər arvadına balta ilə xəsarət yetirib

09/08/2024 - 12:46

Şərur rayonunda ər arvadına balta ilə xəsarət yetirib. APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Çomaxtur kəndində qeydə alınıb. Kənd sakini, 1967-ci il təvəllüdlü Qasımov Elçin Qasım oğlu həyat yoldaşı 1976-cı il təvəllüdlü Qasımova Məharət Allahverdi qızına balta ilə xəsarət yetirib. Müxtəlif bədən xəsarətləri alan M.Qasımova Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır. Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ