Sumqayıtda şəhidin əmisini qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

31/07/2024 - 17:50

Sumqayıtda vəzifəli şəxsi qətlə yetirməkdə təqsirləndirilən Murad Kazımovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, Murad Kazımov 16 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı Samir Məmmədov təqsirləndirilən şəxsin 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, hadisə 2022-ci ilin dekabrında Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində baş verib. Belə ki, 2003-cü il təvəllüdlü M.Kazımov 1975-ci il təvəllüdlü Mahir Allahverdiyevi qətlə yetirməkdə əsaslı şübhələr müəyyən edilib. M.Kazımov saxlanılaraq istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub. Xatırladaq ki, qətlə yetirilən Mahir Allahverdiyev Qubadlı rayonu, Xocamusaqlı kənd inzibati nümayəndəliyinin sədrinin müavini vəzifəsində çalışırb. O, şəhid Vüsal Allahverdiyevin əmisidir.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42
Sabah Bakıya leysan yağacaq
26/11/2024 - 12:56
Sağlamlığın tək ünvanı
26/11/2024 - 12:10