Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur
16/09/2024 - 09:43
Yeni tədris ilində Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur. “Report” xəbər verir ki, bu gündən Azərbaycanda 2024-2025-ci tədris ili başlanır. Yeni tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq. 2024-2025-ci tədris ilində respublika üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub. Qeyd edək ki, 2024-2025-ci tədris ilində ali təhsil pilləsində Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti qapılarını ilk dəfə tələbələrin üzünə açır.